BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi

Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir. Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarının həcminin davamlı artması ilə Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir.


Pravda.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirilib.


Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib. “Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir”, - deyə H.Hacıyev qeyd edib.

Tarix: 28 Mart 2024, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin