BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramazan bayramı günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelın 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: "Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək".

 

"Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

Tarix: 29 Mart 2024, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin