BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.

 

Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

 

Fərdi hesabda 1-ci yerə müddətli əsgər Mirsadiq Məmmədov, 2-ci yerə gizir Tural Məmmədov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq görülüb.

 

Yarışın yekununda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıblar.

 

Tarix: 28 Aprel 2024, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin