BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağladı

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

 

Polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

 

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

 

APA

Tarix: 28 Aprel 2024, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin