BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda ağaclar kəsildi, tədbir görüldü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı  müəyyən edilib.

 

Bu barədə Pravda.az-a qurumdan məlumat verilib.

 

Xidmət rəsmisi Emin Əliəkbərov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub.

 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Tarix: 29 Aprel 2024, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin