“Prezident İlham Əliyev deyib ki, Ermənistan sərhədə yaxın kəndləri qeyd-şərtsiz qaytarmalıdır. Qalan eksklavlar, yəni 4 bizim kənd və Başkənd məsələsi var. Ermənilər deyirlər ki, Azərbaycan eksklavları balacadır, amma Başkənd böyükdür, baş-başa dəyişdirilə bilər. Mən isə deyirəm ki, yox. Ona görə ki, Azərbaycan eksklavlarının strateji əhəmiyyəti Başkənddən daha böyükdür. Dəyişmək, qaytarmaq mənim sözüm deyil”. Bunu politoloq Rasim Musabəyov Bakupost.az -a açıqlamasında deyib.
Politoloq bildirib ki, o, Başkəndi Ermənistana vermək barədə fikir səsləndirməyib:
“Mən demişəm ki, Azərbaycan eksklavları balaca olmağına baxmayaraq strateji əhəmiyyətləri Başkənddən daha böyükdür. Burada nə var ki? Fikirləri təhrif etmək və şişirtmək lazım deyil”.
Qeyd edək ki, İTV-nin “Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?” materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.
Belə ki o, açıqlamasında bildirib: “İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.
Musavat.com bildirib ki, ermənilər Rasim Musabəyovun Başkəndlə bağlı təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar:
"Bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı “konstruktiv və ədalətli” təkliflə çıxış edib".
Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.
16 May 14:28
16 May 14:25
16 May 14:22
16 May 14:07
16 May 13:51
16 May 13:37
16 May 13:33
16 May 13:31
16 May 13:29
16 May 13:25
16 May 13:20
16 May 13:13
16 May 13:08
16 May 13:05
16 May 12:57
16 May 12:46
16 May 12:27
16 May 12:19
16 May 12:04
16 May 11:59
16 May 11:39
16 May 11:36
16 May 11:34
16 May 11:29
16 May 11:28
16 May 11:15
16 May 11:10
16 May 11:09
16 May 10:44
16 May 10:42
16 May 10:41
16 May 10:35
16 May 10:33
16 May 10:29
16 May 10:26
16 May 10:20
16 May 10:19
16 May 10:18
16 May 10:16
16 May 10:15
16 May 10:03
16 May 10:00
16 May 09:58
16 May 09:55
16 May 09:54
16 May 09:33
16 May 09:31
16 May 09:30
16 May 09:25
16 May 09:24
16 May 09:14
16 May 09:11
16 May 09:05
16 May 08:49
16 May 08:39
16 May 08:38
16 May 08:34
16 May 08:30
16 May 08:26
16 May 08:22
16 May 08:18
16 May 08:14
16 May 08:10
16 May 08:06
16 May 08:03
16 May 06:50
16 May 06:49
16 May 02:20
16 May 01:19
16 May 00:41
15 May 23:47
15 May 22:28
15 May 22:26
15 May 22:24
15 May 22:20
15 May 22:19
15 May 22:17
15 May 22:16
15 May 22:14
15 May 21:21
15 May 21:13
15 May 21:03
15 May 20:01
15 May 19:58
15 May 19:57
15 May 19:46
15 May 19:44
15 May 19:17
15 May 19:15
15 May 19:14
15 May 19:07
15 May 19:03
15 May 19:00
15 May 18:57
15 May 18:55
15 May 18:52
15 May 18:49
15 May 18:47
15 May 18:33
15 May 18:32
15 May 18:09
15 May 18:06
15 May 17:41
15 May 17:37
15 May 17:14
15 May 17:02
15 May 16:46
15 May 16:28
15 May 16:18
15 May 16:10
15 May 15:59
15 May 15:57
15 May 15:51
15 May 15:46
15 May 15:44
15 May 15:30
15 May 15:27
15 May 15:27
15 May 15:21
15 May 15:17
15 May 15:14
15 May 15:05
15 May 15:01
15 May 14:42
15 May 14:36
15 May 14:34
15 May 13:58
15 May 13:57
15 May 13:53
15 May 13:52
15 May 13:51
15 May 13:49
15 May 13:47
15 May 13:44
15 May 13:43
15 May 13:41
15 May 13:37
15 May 13:32
15 May 13:30
15 May 13:21
15 May 13:19
15 May 13:13
15 May 13:10
15 May 13:07
15 May 12:54
15 May 12:52
15 May 12:44
15 May 12:42
15 May 12:32
15 May 12:29
Ən son xəbərləri səhifəmizdən də izləyin